YARADILIŞ HƏQİQƏTİ – 2
Fosillər təkamülü təkzib edir.
Mövcud növlərindən heç bir xüsusiyyəti ilə fərqlənməyən milyonlarla yaşa malik bu böcək yer üzündə olan bütün canlıların Allah tərəfindən yaradılmasına saysız dəlillərdən yalnız biridir.
Milyon illərdir heç bir dəyişik müşahidə edilməyən əncir yarpağı və 65-54 milyon illik əncir yarpağı fosili. |
Mövcud növlərindən heç bir xüsusiyyəti ilə fərqlənməyən milyonlarla yaşa malik bu böcək də yer üzündə olan bütün canlıların Allah tərəfindən yaradılmasına saysız dəlillərdən yalnız biridir.
Darvinizm.com 1,8 milyon -11 min illik sərt qanadlı böcək fosili. |
65-54 milyon il yaşa malik at şabalıdı yarpağı ilə mövcud at şabalıdı yarpağı arasında heç bir fərq yoxdur. Təbii ki, heç bir fərqliliyin olmamağı bitkilərin əsla təkamül keçirmədiyini və bir anda yaradıldığını sübuta yetirir. Hər bir bitki çox mürəkkəb quruluşu və spesifik xüsusiyyətləri ilə yoxdan yaradılmışdır. Bu da bizə bu qüsursuz sistemləri yaradan üstün bir ağılın olduğunu göstərir. Üstün ağıl sahibi Rəbbimiz səmimi qullarına qüsursuz yaradılışın dəlillərini belə göstərir.
Yuxarıda mövcud at şabalıdı yarpağı və 65-54 milyon illik at şabalıdı yarpağı fosili. |
Yüz milyon il yaşa malik qıjı bitkisi ilə dövrümüzdəki mövcud qıjı bitkisi bir-birindən heç bir xüsusiyyəti ilə fərqlənmir. Fosillər bu həqiqəti açıq-aşkar göstərir.
Fosil Muzeyi.com 354-290 milyon illik qıjı fosili |
Müasir paleontoloji araşdırmalar yer üzünün fosillərlə çox zəngin olduğunu göstərir. Lakin yüz milyonlarla fosil arasında bir təkamülçülərin dəlil kimi istifadə edə biləcəkləri bir dənə belə fosil yoxdur. Fosillərin hamısı yaradılışı təsdiqləyir, təkamülü isə təkzib edir. Şəkildəki siyənək fosili də təkamülün əsassızlığını sübuta yetirən dəlillərdən biridir.
Sosial Darvinizm.com 54 - 37 milyon illik siyənək fosili. |
Dəniz iynəsi dəniz atları ilə eyni alt qrupa (Syngathoidei) daxil olan kiçik balıq növüdür. 23 - 5 milyon illik dəniz iynəsi fosili ilə mövcud dəniz iynələri bir-birindən fərqlənmir. Bu, canlıların mərhələli təkamül keçirdiklərini irəli sürən darvinistləri çıxılmaz vəziyyətdə qoyur.
Həyatın Gerçək Mənşəyi.com 23 - 5 milyon il əvvəl yaşamış və mövcud növündən fərqlənməyən dəniz iynəsi fosili. |
Əldə edilən müxtəlif yaşlı skat fosilləri mövcud skatlardan heç bir xüsusiyyəti ilə fərqlənmir. Dövrümüzdəki skat növləri ilə eyni xüsusiyyətlərə sahib bu fosillər canlıların kiçik dəyişikliklərlə mərhələli şəkildə inkişafı iddiasını yerlə bir edir. Allah bütün canlıları sahib olduqları mükəmməl xüsusiyyətlərlə yoxdan yaratmışdır.
95 milyon illik skat fosili. |
Dövr: Mezozoy, Tabaşir
Yaş: 144-65 milyon il. Bölgə: Livan
Darvinistlər bütün canlıların təkamül keçirərək inkişaf etdiyini iddia edirlər. Buna görə də yüz milyonlarla il yaşa malik fosil nümunələri olduqca əhəmiyyətli dəlillərdir. Canlılar heç bir dəyişiklik keçirməyiblər. Bircə fosil belə bu həqiqəti sübuta yetirməyə kifayət etdiyi halda, bütün yer üzü saysız-hesabsız fosil nümunələri ilə doludur.
Canlılarda Kamuflyaj.com Yuxarıdakı və yandakı şəkillərdə skat növünün bugünkü kompleks quruluşu və anatomik xüsusiyyətləri bundan 144-65 milyon il əvvəl də eynidir. Yanda bu gün də yaşayan növdən bir nümunə. |
Şəkildəki fosil 33 milyon il əvvəl yaşayan kərgədanla dövrümüzdə yaşayan kərgədan arasında heç bir fərq olmadığına dəlildir. Milyonlarla ildir quruluşları dəyişməyən canlılar təkamül nəzəriyyəsinin böyük bir yalandan ibarət olduğunu göstərir. Allah`ın üstün yaradıcılığının izləri olan fosillər təkamülçülərin yalanlarını hər gün daha kəskin dəlillərlə ifşa edirlər.
33 milyon illik kərgədan kəlləsi və milyonlarla ildir heç bir dəyişikliyə məruz qalmayan kərgədanlar. |
Fosillər arasında canlıların mərhələ-mərhələ bir-birlərindən meydana gəldiklərini göstərən heç bir dəlil yoxdur. Məsələn, milyonlarla fosil içində bir dənə belə yarı timsah yarı dovşan, ya da yarı ilan yarı dovşan xüsusiyyətləri daşıyan canlı nümunəsi mövcud deyil. Ancaq dovşanların ilk ortaya çıxdıqları andan mövcud dovşan xüsusiyyətlərini daşıdığını göstərən minlərlə fosil var. Fosillərin göstərdiyi həqiqət açıq-aydındır: canlılar təkamül keçirməmişdir, onları Allah yaratmışdır.
33 milyon illik dovşan fosili. |
Milyonlarla ildir heç bir dəyişikliyə məruz qalmayan bitkilər təkamül nəzəriyyəsinə böyük zərbə vurmuşdur. 54 - 37 milyon yaşındakı söyüd yarpağı fosili də milyonlarla il keçməyinə baxmayaraq, heç bir dəyişikliyə məruz qalmamış, yəni təkamül keçirməmişdir. Bugünkü söyüd yarpaqları 54 - 37 milyon il əvvəlkilərlə eynidir.
Atom Möcüzəsi.com 54-37 milyon illik söyüd yarpağı fosili. |
Dövr: Oliqosen
Yaş: 25 milyon il Ərazi: Santyaqo, Dominikan Respublikası
Dəfnəkimilər fəsiləsinə daxil olan dəfnə ağacının yarpaqlarından və meyvələrindən yağ əldə edilir. Həmçinin bu ağacın yarpaqlarından ədviyyat kimi də istifadə edilir. Şəkildəki dəfnə yarpağı fosili digər bütün canlılar kimi bu bitkinin də təkamül keçirmədiyinin sübutudur. Bundan 54 - 37 milyon il əvvəl yaşayan dəfnə mövcud növü ilə eyni xüsusiyyətlərə malikdir.
Canlılarda Yardımlaşma.com 54 - 37 milyon illik dəfnə yarpağı fosili |
Hiç yorum yok:
Yorum Gönder